«Qarabağ»ın rəqibi 1964-cü ildə Bakıda «Neftçi»yə uduzub

İsveçin «Aftonbladet» qəzetinin keçmiş əməkdaşı Börje Lants Azərbaycanla bağlı maraqlı faktı mətbuatla paylaşib. Allsport.az saytı xəbər verir ki, skandinaviyalılar SSRİ-yə səfər çərçivəsində respublikamız da olub və 15 min azarkeşin önündə «Neftçi» qarşı oynayıb. Həmin ezamiyəyə adı çəkilən jurnalist həmkarımız da qatılıb.

«Göteborq » Leninqradda (Sankt-Peterburq) yerli «Zenit»i 3:2 və Gürcüstanda Kutaisi «Torpedo»sunu 3:1 hesabları ilə məğlub edib. Amma Bakıda onlar uduzublar – 0:1.

52 il sonra yenidən Tofiq Bəhramov adına Respublika stadionuna gələcək «Göteborq» klubunun tərəfdarları, bunu Azərbaycana qarşı revanş fürsəti kimi dəyərləndirirlər.

İFK rəsmi saytı 1964-cü il səfərini məğlubiyyətlə başa vurmalarına baxmayaraq, “xoş xatirələr” olaraq qeyd edir. «Biz daha əvvəl 2 sovet təmsilçisi üzərində qələbə qazanmışdıq» deyə, – komandanın rəhbəri Per Olof Lundqvist bildirib.

Mansur ATƏŞ
İsveç

Həmin kateqoriyadan