- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Lüksemburq “Düdelanj”ı Azərbaycan çempionu ilə oyunlarda aparıcı futbolçularından birinin xidmətindən yararlana bilməyəcək. Allsport.az saytı xəbər verir ki, bu, yarımmüdafiəçisi Joel Pedrodur.
Zədəli olan futbolçu MRT müayinəsindən keçib və məlum olub ki, sıraya dönməsi üçün ən azı bir ay vaxt lazımdır. Həkimlərin rəyinə görə, o, iyulun sonlarında məşqlərə başlaya biləcək. Bu isə onun “Qarabağ”la oyunlarda iştirak etməyəcəyindən xəbər verir.
Qeyd edək ki, “Qarabağ”la “Düdelanj” arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü isə ayın 19-da Lüksemburqda keçiriləcək.