“Qarabağ”ın rəqibi Bakıya yeni baş məşqçi ilə gələcək?

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan İsveçrənin “Yanq Boyz” klubu yeni baş məşqçi axtarışlarını yekunlaşdırmaq üzrədir. Allsport.az xəbər verir ki, yerli mətbuat sabah ölkə çempionatı çərçivəsində “Sion”a qarşı səfər matçının Harald Qamperle üçün sonuncu olacağını iddia edir.

Qeyd edək ki, Qamperle müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirir. Amma onun rəhbərliyi altında komanda həm çempionatda uğursuz çıxış edir, həm də “Qarabağ”la doğma meydanda baş tutan ilk oyunda məğlubiyyətlə üzləşdi – 0:1. Bu üzdən də rəhbərlik tez bir zamanda Bern təmsilçisini yeni baş məşqçiyə həvalə etmək istəyindədir.

Belə olan halda “Yanq Boyz”u “Qarabağ”la Bakıdakı cavab matçına yeni məşqçi çıxara bilər. Həmin qarşılaşma avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan