- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İtaliyanın “İnter” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı oyun öncəsi bir neçə itki ilə üzləşib. Allsport.az xəbər verir ki, hazırda komandanın beş aparıcı futbolçusu zədədən əziyyət çəkir.
Bunlar müdafiəçilər Uqo Kampanyaro, Danilo D’Ambrosio, Yuto Naqatomo, Jonatan və hücumçu Pablo Osvaldodur. Onların sabah baş tutacaq A Seriyasının növbəti turu çərçivəsindəki “Udineze”, eləcə də dekabrın 11-də keçiriləcək “Qarabağ”la oyunda meydana çıxması inandırıcı görünmür.
Maraq üçün qeyd edək ki, “İnter” Bakıya heç də tam heyətlə gəlməyəcək. Avroliqanın növbəti mərhələsinə vəsiqəni təmin edən İtaliya klubu üçün “Qarabağ”la görüş heç bir əhəmiyyət daşımır. Bu üzdən baş məşqçi Robert Mançini sabah “Udineze”yə qarşı gorma geyəcək aparıcı oyunçuları da Azərbaycana gətirməməyə hazırlaşır.