- Baxış sayı: 55
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
İsveçrə kubokunda yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” da ilk matçına çıxıb.
Bern təmsilçisi ilk mərhələdə “Kriens” klubunun qonağı olub. Matç “Qarabağ”ın rəqibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kubonun dublu “Yanq Boyz”u növbəti mərhələyə daşıyıb.
“Qarabağ”ın rəqibi bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Volfli – Haderqyonay, Vilotiç, Fon Bergen, Satter – Qayiç (Zəkəriyyə, 83) – Süleymani (Qonzales, 90+1), Kubo, Bertone, Nutsolo – Tabakoviç (Afum, 73).
Qeyd edək ki, “Qarabağ”la “Yanq Boyz” arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.