“Qarabağ”ın rəqibinin futbolçusu 10 aylıq cəzalandı

“Qarabağ”ın çempionlar liqasındakı rəqibi “Atletik Bilbao”nun müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.

Allsport.az xəbər verir ki, bu barədə Avropa futbol assosiasiyaları ittifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm Avropa liqasının ilk yarımfinal oyunundan sonra Alvares dopinq testindən keçib və müsbət nəticə göstərib. Diskvalifikasiya müddəti 2 iyun tarixindən hesablanır.

Alvaresin 30 yaşı var. O, 2016-cı ildən Bilbao təmsilçisində çıxış edir.

Həmin kateqoriyadan