- Baxış sayı: 4
- 31 Mart 2026 16:26
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

İyunun 18-də təlim məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” burada 4 yoxlama oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, artıq rəqiblər bəllidir.
Ağdam təmsilçisi ayın 22-də Bolqarıstanın “Ludoqorets”, 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çex Respublikasının “Viktoriya” klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, adı 3-cü çəkilən komandada azərbaycanlı futbolçu Azər Əliyev çıxış edir.