“Qarabağ”ın taleyi sloveniyalı hakimə tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qarabağ”la Belçikanın “Anderlext” klubu arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Sloveniyadan olan hakimlərə tapşırıb.

Qarşılaşmanın baş hakimi Slavko Vinçiç təyin olunub. Ona yan xətt hakimləri Boyn Ui, Tomaş Klançnik kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andraş Kovaçiç yerinə yetirəcək.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı dekabrın 10-dan 11-nə keçən gecə Brüsseldə keçiriləcək və saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan