- Baxış sayı: 28
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Azərbaycan yığmasının sabiq baş məşqçisi Canni de Byazi çempionlar liqasının V turunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu barədə danışıb.
Allsport.az xəbər verir ki, o bu barədə İtaliya mətbuatına müsahibə verib.
“Qarabağ”ın yaxşı futbolçuları var. Düzdür, dünya ulduzu deyillər, amma istənilən komandaya problem yarada biləcək keyfiyyətə malikdilər. Yeni transferlərlə daha da gücləniblər. Onların uğuru məni təəccübləndirmir. Premyer liqada rəqibləri yoxdur. Onlar çempionlar liqasından yaxşı maliyyə qazanmaq üçün çalışırlar. Ağdam təmsilçisinin həm yerli, həm də avrokubok üçün heyəti var. Uzun illərdir çempionatda dominantlıq edirlər”.
Sabah keçiriləcək “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.