““Qarabağ”ın xal itirməsi “Neftçi” üçün motivasiya idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 23-cü turunda “Neftçi”yə uduzduqları oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:

“Çətin oyun keçdi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən qələbəyə köklənəcək. “Qarabağ”ın xal itirməsi onlar üçün motivasiya idi. İlk hissədə təhlükəli hücumlarımız oldu. İkinci yarıda qol buraxdıqdan sonra hücuma daha çox keçməyə başladıq.

Lakin düşündüyümüz alınmadı. “Zirə”də ilk oyunum idi ki, mübarizə aparmadan məğlub olduq. Mövsüm ərzində futbolçular hər oyunu yüksək səviyyədə keçirmirlər. Onları da başa düşməyə çalışıram. Amma oyundan razı qalmadım. 90 dəqiqəyə baxsaq, Klesio Baukun oyunu məni sevindirdi”.

Həmin kateqoriyadan