- Baxış sayı: 20
- 19 Dekabr 2025 19:38
- Baxış sayı: 63
- Dekabr 19, 2025
- 0

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.
Allsport.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.
Futbolçu Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvarda fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi klubunun tibbi heyətinin nəzarəti altında davam edir.