- Baxış sayı: 35
- 20 Yanvar 2026 19:23
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

“Hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu”.
Allsport.az xəbər verir ki, bunu “Ayntraxt”ın baş məşqçisi Dennis Şmitt Bakıda “Qarabağ”la keçiriləcək çempionlar liqası oyunu öncəsi mətbuat konfransında deyib.
“Bakıya yaxşı hisslərlə gedirik. Orada yüksək performans göstərəcəyimizə, ələ düşən imkanlarımızdan istifadə edəcəyimizə inanıram. Bütün diqqətimiz məhz bu oyuna yönəlib. Müdafiədə oynamaq, əks-hücum futbolu nümayiş etdirmək fikrində deyilik. “Qarabağ”la oyunda əldə edəcəyimiz xallar bizim üçün çox vacibdir. Baş məşqçi dəyişikliyi bizə üstünlük yaradacaq, çünki rəqib bizim hansı taktikaya üstünlük verəcəyimizi bilmir”, – deyə Şmitt bildirib.