- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Birinci Avropa Oyunlarına vaxt azaldıqca hazırlıq işlərinin miqyası daha da genişlənir. Allsport.az xəbər verir ki, bununla əlaqədar paytaxtın ən böyük rayonu Qaradağda da tədbirlər davam etdirilir.
Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən sərəncam verilib və tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, görülən işlər nəticəsində rayon ərazisindən keçən dairəvi yol ətrafında böyük bir sahədə abadlıq işləri aparılıb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib.
Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədilə Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ gül kolları və ağaclar əkilib, süni ot örtüyü salınıb. Hazırlıq işləri davam etdirilir.