- Baxış sayı: 74
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0

İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteran kikboksçuların dünya kubokunda komandalarımız uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, bizimkilər qardaş ölkədə 49 medal qazanıb.
Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən 5-ci ölkə olub.
İlk dəfə bu yarışda kikboksun “Point Fighting” növü üzrə çıxış edən millimiz 6ı bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada-2021 İslam oyunlarında təmsil edəcəklər.