- Baxış sayı: 55
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin strukturuna daxil olan regional idarələrinin, rayonlar üzrə gənclər və idman sektorlarının, olimpiya idman komplekslərinin, eləcə də digər idman qurğularının, uşaq-gənclər idman məktəblərinin (UGİM) və gənclər evlərinin rəhbərləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, yeni strukturun geniş tərkibdə keçirilən ilk görüşündə hər iki sahə üzrə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi, qarşıda duran məsələlərin həlli, perspektiv planlar müzakirə edilib.
Paytaxt və bölgələrdə gənclər və idman sahəsində kütləviliyin artırılması, həyata keçirilən tədbir və layihələrin effektiv icrası, idman qurğularının və UGİM-lərin fəaliyyətinin daha səmərəli təşkil edilməsi qarşıda duran əsas məqsədlərdəndir. Bunun üçün də onların bir-biri ilə əlaqəli fəaliyyəti təmin edilməli, planlı iş prinsipi diqqət mərkəzində saxlanılmalıdır.