“Qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo komandasının Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda “Atletik”ə (0:2) məğlubiyyətindən danışıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının keçid dövründə olduğunu deyib:

“Komanda olaraq bir olmalıyıq. Mən heç vaxt futbolçularıma xəyanət etməyəcəyəm. Hamımız sakit və səbrli olmalıyıq. Zədəli oyunçularımın tezliklə qayıdacağına inanıram. Gecə yata bilməsəm, “Başakşəhər”lə oyuna hazırlaşmağa başlayacam. Keçid dövründəyik, gələcək üçün qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik.

Azarkeşlərin narazılığına gəlincə, bunu müzakirə edə bilmərəm. Azarkeşlər klubumuzun əsasını təşkil edir və mən sadəcə onlar üçün çalışan bir işçiyəm. Onları günahlandırmaq fikrində deyiləm.”
“Fənərbağça” Avropa liqasının əsas mərhələsində 8 xalla 15-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan