- Baxış sayı: 25
- 05 Dekabr 2025 10:28
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Zirə” ötən gün premyer liqanın XII turunda doğma meydanında “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Allsport.az xəbər verir ki, oyundan sonra “qartallar”ın baş məşqçisi mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
Baş məşçqi ilk hissədə VAR hakiminin təyin etdiyi iki penaltidən danışıb: “VAR olanda baş hakim də daha rahat qərar qəbul edir. Bilir ki, onu sığortalayan var. VAR olmasaydı, özü də qərar qəbul edərdi. Hər iki penalti çətin epizodlar idi. Elvin gənc hakimimizdir, premyer liqada yeni təcrübə toplayır. Biz də oyunboyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Nəticəyə təsir edən səhvə yol vermədi.
Sadıqov “Kəpəz”lə keçiriləcək növbəti matçı şərh edib: “Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zəruriyyətdən, ya məcburiyyətdən irəli gəlir. “Turan Tovuz” bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. “İmişli” bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. “Kəpəz” Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə.
İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, “Kəpəz” orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf “Kəpəz”, “İmişli” və “Turan Tovuz”dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, onlar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı”.