- Baxış sayı: 49
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 113
- Aprel 11, 2025
- 0
Macarıstan paytaxtı Budapeştdə qılıncoynatma üzrə dünya çempionatına start verilib. Allsport.az saytının məlumatına görə, şpaqada Kənan Əliyev və Ruslan Həsənov, qadınların sablyasında Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova çıxış edəcəklər.
Yarışın proqramına əsasən, sabah kişilərimiz şəxsi mübarizəyə qoşulacaqlar. Bir gün sonra qadınlarımız ilkin mərhələdə qüvvəsini sınayacaq. Sablyaçılarımız iyulun 23-də dünya çempionatının sonuncu günündə komanda yarışında da mübarizə aparacaq.