Qırmızı alan futbolçu üzr istədi

“Everton”un yarımmüdafiəçisi İdrissa Qeye İngiltərə premyer liqasının 12-ci turunda “Mançester Yunayted” üzərində səfərdə 1:0 hesablı qələbə qazandıqları oyunda meydandan qovulduğuna görə üzr istəyib.

Allsport.az xəbər verir ki, 36 yaşlı seneqallı futbolçu komanda yoldaşı Maykl Kindən, eləcə də digər oyunçulardan, məşqçilər heyətindən, azarkeşlərdən və klubdan üzr istəyib. O, reaksiyasına görə tam məsuliyyət daşıdığını bildirib:

“Baş verənlər mənim əsl keyfiyyətlərimi və prinsiplərimi əks etdirmir. Bəzən hisslər məni üstələsə də, heç nə bu cür davranışı doğrultmur. Bunun bir daha təkrarlanmaması üçün hər şey edəcəyəm”.

Qeye “Mançester Yunayted”ə qarşı oyunun 13-cü dəqiqəsində müdafiəçi Maykl Kinlə mübahisə etdikdən sonra meydandan qovulub. Onun hərəkəti komanda yoldaşının üzünə vurulan açıq-aşkar yumruq kimi qiymətləndirilib.

Həmin kateqoriyadan