“Qırmızı vərəqə almağımız hər şeyi alt-üst etdi”

“Sumqayıt”ın baş məşqçisi Saşa İlin premyer liqanın XII turunda evdə “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, o, görüş barədə bunu deyib:

“Əvvəlcə bu gün stadionu doldurub bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. “Qarabağ”a qarşıdakı çempionlar liqası matçında uğurlar diləyirəm. Baxımlı oyun keçdi. İlk 10 dəqiqədə sanki komandam oyundan qopmuşdu. Lakin hesabı bərabərləşdirərək toparlanmağa başladıq. İkinci hissəyə isə daha inamlı başlamışdıq, amma qırmızı vərəqə almağımız hər şeyi alt-üst etdi. “Qarabağ” kimi komandaya bir nəfər azlıqda oynamaq çətindir. Ümumilikdə 6 qola şahidlik etdik, kifayət qədər də qol imkanları oldu. Düşünürəm ki azarkeşlər bugünkü oyundan zövq aldı. Göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm”.

Həmin kateqoriyadan