- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“”Qarabağ”la oyuna qədər özümüzü toparlamalıyıq. Çünki bu, bizim üçün həyati əhəmiyyət kəsb edən matçdır”. Allsport.az saytı xəbər verir ki, bunu “Anderlext”in yarımmüdafiəçisi Qiyom Jille deyib. Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Brüssel təmsilçisi, son turda məhz Ağdam klubunu qəbul edəcək. Ölkə kubokunun 1/8 final mərhələsində “Kortriyk”ə (2:4) məğlub olaraq mübarizəni dayandıran Anderlext”in futbolçularını təqvimin sıxlığı narahat edir.
Anderlext” – “Qarabağ” nayçı dekabrın 10-da “Konstant Vanden Stok” stadionunda keçiriləcək. Qiyom Jille Belçika mətbuatına açıqlamasında bu ay onları daha çətin oyunların gözlədiyini bildirib: “Açığı, “Kortriyk”lə görüşdə nə baş verdiyini anlayana qədər rəqib 3 qol vurdu. Sanki “Bavariya” və ya PSJ-yə qarşı oynayırdıq.
Kortriyk” çox yaxşı çıxış etdi. Artıq bunu unutmalıyıq. Çünki ardıcıl ağır matçlarımız olacaq. Özü də bunları 3 gündən bir keçirməli olacağıq. Gələn həftə Avropa Liqasında gələcək taleyimizə aydınlıq gələcək. Əgər “Qarabağ”a qarşı da belə oynasaq, qol buraxacağıq ki, bu, bizə baha başa gələ bilər. Bu üzdən də toparlanmaq lazımdır”.