- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Gürcüstanda K1 üzrə beynəlxalq kikboksinq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, Türkiyə, Ukrayna, İran, Ermənistan yığmaları mübarizə aparıblar. Ölkəmizi uğurla təmsil edən “Qızıl əlcək” idman klubunun yetirmələri 9 qızıl və 4 gümüş medal qazanıblar.
Kadetlərdə Dursun Nağıyev (32 kq), Nadirhüseyn Hüseynov (42 kq), Kanan Baxsıyev (30 kq), Raul Abdullayev (39 kq) qızıl, Nurlan Zamanov (36 kq), Bahadur Bəylərov (45 kq) gümüş medala yiyələnib.
Yeniyetmələrdə Amin Məmmədzadə (36 kq) Nihat Tağızadə (39 kq), İsa Məmmədov (48 kq) 1-ci, Riyad Cəfərov (45 kq) 2-ci yeri tutublar. Gənclərdə Məhəmməd Quluzadə (71 kq) qızıl, Fəqan Əhmədov (54 kq) gümüş mükafat qazanıblar.
Peşəkarlar arasında Ucar Kərimov (60 kq) gürcüstanlı rəqibinə qalib gələrək RMG beynəlxalq kəmərinin sahibi olub.