- Baxış sayı: 37
- 04 Aprel 2025 21:44
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
Hidayət Heydərov – qızıl medallarını dəst edən 4-cü olimpiyaçımız. Maraqlıdır ki, o buna eyni ildə nail olub.
Apreldə Xorvatiya paytaxtı Zaqrebdə qitə çempionatında 4-cü dəfə baş mükafata yiyələnən 27 yaşlı idmançı, 1 ay sonra BƏƏ-nin baş şəhəri Əbu-Dabidə planetin ən güclülərinin yarışında qızıl medal qazanan 2-ci cüdoçumuz olub.
Allsport.az saytı xəbər verir ki, ona qədər ayrı-ayrı illərdə stend atıcısı Zemfira Meftəhəddinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayev eyni uğura yetişib. Onların hər 3-ü karyeralarını başa vurublar.
Ən titullu idmançılarımız isə, yenə bahadırlarımız olaraq qalırlar: Namiq Abdullayev və Toğrul Əsgərov! Onların medal boğşasında olimpiya qızılı və gümüşü var.
Azərbaycan müstəqil dövlət kimi Atlanta-1996-dan bu yana, “dördillik”də cəmdə 50 mükafat qazanıb. Bunların tən yarısı güləşçilərin payına düşür. Sonra ən çox fərqlənən boksçularımızdır – 9. Cüdoçular ümumilikdə 6 medal qaznıblar və əyara görə rinq ustalarını xeyli üstələyirlər.