- Baxış sayı: 8
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 85
- Dekabr 05, 2025
- 0

“Bizim ilk məqsədimiz yaradıcı olmaq və rəqib qapısına qol vurmaqdır. Qol buraxmasaq, daha yaxşı olar. Amma hər oyun istəyirik qol vuraq. Azarkeşlər qol vurulan oyunları daha çox sevir. Allsport.az xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının pley-offunda “Ferençvaroş” klubu ilə oyundan öncə mətbuat konfransında deyib.
53 yaxşı mütəxəssis komandasının hazırlığını yaxşı dəyərləndirib: “Nəticə üçün həm burada, həm Bakıda maksimum hücumda olmaq və qol vurmaq üçün çalışacağıq. Ümumən futbol elə oyundur ki, daim dəyişir. Bu, dünya futbolunda da belədir. Tam fərqli “Ferençvaroş”dur. Fərqi sistem və fərqli futbolçular var”.
Qurbanov 17 ildir “Qarabağ”da olmasını şərh edib: “Sadəcə, məni dəyişmirlər. 17 ildir buradayam. Belə…(gülür).
O, matçdan gözləntisini açıqlayıb: “Rəqib baş məşqçinin dediklərini oxudum. Deyir, məqsəd belə oyunlarda qol buraxmamaqdır. Çox yaxşı hücum xətlərinin olduğunu və istənilən an bizə qol vura biləcəklərini söyləyir. Bunu arxayınlıqla deyir. Belə turnirlərdə qalib gəlmək istəyirsənsə, ilk olaraq öz qapından qol buraxmağı düşünməməlisən. Bu, çox vacibdir. Hətta bu, aksiomadır. Amma yaradıcı olmalıyıq”.
Qurbanov “Ferençvaroş”da çıxış etmiş Kadi Borgesdən sabiq komandası barədə hər hansı informasiya almadığını deyib: “Ümumən belə halları xoşlamıram. Komandama gələn heç bir futbolçudan o rəqibə qarşı oynayacağıqsa onun fikrini öyrənmişik. Qeyri-etik alınır. Çünki o komandaya sadiq olub, əvəzolunmaz üzvü olub. Həm futbolçu, həm də insan olaraq onu belə bir vəziyyətdə qoymaq istəmirəm. Sadəcə, məşqçilər heyəti ilə baxıb məlumat toplamışıq”.
Oyun sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.