- Baxış sayı: 25
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

“Liverpul”un hücumçusu Uqo Ekitike İngiltərə liqa kubokunun 3-cü turunda komandasının qələbəsində qol vuraraq qırmızı vərəqə alıb.
Allsport.az xəbər verir ki, “qırmızılar” öz meydanında “Sauthempton”u 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayıb.
85-ci dəqiqədə qol vuran Ekitike daha sonra köynəyini çıxarıb. Buna görə o, matçda ikincisi olan sarı vərəqə alıb. Reqlamentə əsasən, o, “Liverpul”un İngiltərə premyer liqasında növbəti görüşünü – sentyabrın 27-də “Kristal Pəlas”la səfər matçını buraxacaq.
23 yaşlı Ekitike iyul ayında Almaniyanın “Ayntraxt Frankfurt” klubundan “Liverpul”a keçib. O, burada 7 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib.