- Baxış sayı: 45
- 18 Noyabr 2024 22:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Mayın 18-də dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə 10 dövlət qurumundan 24 əməkdaş (17 kişi, 7 qadın) iştirak edib. Yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov birinci olub. Gənclər və idman nazirliyinin əməkdaşı Ramil Cabbarov yarışı ikinci, Azərbaycan respublikası dövlət miqrasiya xidmətinin əməkdaşı Babək Fətullazadə isə üçüncü pillədə başa vuru.
Qadınlar arasında fövqəladə hallar nazirliyinin (FHN) əməkdaşı Aysel Kazımova birinci yeri tutub. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əməkdaşı Günel İsmayılova və FHN-in əməkdaşı Əzizə Lalayeva müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.