- Baxış sayı: 133
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Polşada keçirilən 3-cü Avropa oyunlarında badminton üzrə kişi və qadınların qoşa yarışında qrup mərhələsinin oyunları başa çatıb.
Allsport.az xəbər verir ki, 3-cü turda Keişa Fatimə Zəhra və Era Maftuha Tandemi “D” qrupunda Avstriya təmsilçiləri Katarina Hoçmeir-Serena Yeonq qoşasına 2:1 (16-21, 21-19, 21-17) hesabı ilə qalib gəlib.
Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni isə “B” qrupunda İrlandiya badmintonçuları Coşua Magi-Paul Reynolds cütünü 2:1(19-21,21-14,21-16) hesabı ilə məğlub edib.
Hər iki kateqoriyada yarışan badmintonçularımız öncəki turlarda uduzduğu üçün pley-ofa adlaya bilməyib.