- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Bakı idman sarayında Dünya Güləş Birliyinin təqvimində yer alan qrapplinq üzrə böyüklər, U-20 və U-17 arasında Avropa çempionatının 3-cü günündə adı son çəkilən yaş qrupunda mükafatçılar bilindi.
Allsport.az saytı xəbər verir ki, gərgin rəqabətdə no-gi versiyasında (kimonosuz) qızlardan ibarət millimizdə Röya Abdullayeva (52 kq) qızıl, Səidə İbişova (43 kq) gümüş, Aysu Əliyeva (43 kq), Leyla Abdullayeva (46 kq) və Fidan Paşayeva (49 kq) bürünc medal qazandılar.
U-17 oğlanlarda bizdən Taleh Əhmədli (39-42 kq), Elnur Salahov (46 kq) 2-ci, Rəvan Ağayev (39-42 kq) və Davud Babayev (46 kq) 3-cü yer tutdular.