Qriqoqrçuk və komandası üçün 2-ci pley-off

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 2-ci dəfə Avropa Liqasının pley-off mərhələsinin həyəcanını yaşayacaq. Allsport.az xəbər verir ki, 50 yaşı ukraynalı mütəxəssisin bundan əvvəl çalışdırdığı Odessa “Çernomorets”iylə də bu mərhələyə kimi gəlib çıxmışdı.

Onun “Qəbələ”dəki köməkçilərindən həmyerliləri Mixaylo Savka, Stepan Matveyev, Andrey Qluşenko və Nikolay Korotya onda da yardımçıları idi. “Qəbələ”nin ukraynalı futbolçuları – qapıçı Dmitri Bezotosnı, yarımmüdafiəçi Aleksey Qay və hücumçu Aleksey Antonov həmin vaxt “Çernomorets”də Qriqorçukun sərəncamında olub. Onlar hər 2 matçda çıxış ediblər.

Pley-offda Albaniyanın “Skenderbeu” klubuyla düşən odesssalılar öz meydanında 1:0 hesabı ilə qalib gəlib. Qələbə topunu 75-ci dəqiqədə Qay vurub. Albaniyada keçirilən cavab matçında meydan sahibləri həmin hesablı qələbəni bayram ediblər. Cütün qalibini müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt təyin olunsa da, bu, nəticə verməyib. Belə olan halda, oyunsonrası penaltilər seriyası təyin olunub. “Çernomorets” 7:6 hesabıyla qələbə qazanmaqla, qrupa düşüb. Qay bu zərbələrdə də qol vurub, Bezotosnı isə 3 zərbədən 2-ni dəfə edib, 1-də rəqibin vurduğu topu “çərçivə”yə düşməyib.

Roman İosifoviç həmin vaxt mübarizəyə “Qəbələ”də olduğu kimi I yox, II təsnifat mərhələsindən başlamışdı. Bu da “Çernomorets”n Ukrayna kubokunun finalçısı olmasıyla bağlı idi. O, pley-offadək Moldovanın “Daçiya” (evdə 2:0, səfərdə 1:2) və Serbiyanın “Srvena Zvezda” (evdə 3:1, səfərdə 0:0) klublarını mübarizədən kənarlaşdırmışdı. Özü də onun komandası evdə başlayıb, mərhələni səfərdə keçirdi. Buna əsaslansaq, Qriqorçuk üçün bu variant da uğur gətirir. Hərçənd o, “Qəbələ”ylə əvvəlki 3 rəqibini səfər-ev oyunlarından sonra üstələmişdi.

Qrupda PSV (Hollandiya), “Dinamo” (Xorvatiya) və “Ludoqorest” (Bolqarıstan) mübarizə aparan Odessa klubu 1/16 finala çıxıb və orada Fransanın məşhur klublarından olan “Lion”la düşüb. Bu komanda Roman Qriqorçukun yetirmələri ilə səfərdə qolsuz bərabərliyə qalıb və yalnız evdə minimal hesablı qələbəylə rəqibini üstələyib.

Həmin kateqoriyadan