- Baxış sayı: 35
- 22 Mart 2026 15:50
- Baxış sayı: 134
- Mart 22, 2026
- 0
“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Çernomorets” klubunda rəhbərliyi altında oynamış bir neçə futbolçusunu Azərbaycana gətirmək istəyir. Azerisport.az xəbər verir ki, o, bu barədə istəyini Ukrayna mətbuatına müsahibəsində bildirmişdi.
Artıq ukraynalı həmkarlarımız onun hansı futbolçuları “Qəbələ”də görmək istədiyini də müəyyənləşdirib. Onların məlumatına görə, Qriqorçukun gətirmək istədiyi oyunçular qapıçı Dmitri Bezotosnı, yarımmüdafiəçilər Kiril Kovalçuk, İvan Bobko və müdafiəçi Yevgeni Zubeykodur.