Qriqorçuk yenə nağıl danışdı: “Borussiya”ya uduzsaq da, şansımızı tamamilə itirməmişik

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” oyunundan (4:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşür:

“Borussiya” UEFA Avropa Liqasının finalında oynayacaq. Qarşılaşdığımız bu güclü komanda UEFA Çempionlar Liqasında oynamağa layiqdir. “Borussiya” bizimlə matçda da çox güclü olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, nəticədən razı deyiləm. Amma bu oyunda hər cəhətdən yaxşı dərs götürdük. Hələ öyrənməli olduğumuz çox şey var. Matçdan əvvəl də komandamızı nə gözlədiyini yaxşı bilirdik. Lakin nə isə edəcəyimizə ümid edirdik. Ancaq rəqib bizdən çox güclü idi.

“Qəbələ”ni sevirəm və bu klubun rəhbərliyinə, futbolçularına böyük hörmətlə yanaşıram. Hələ “Qəbələ”də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdır. Hazırda fikrimdə komandanı daha da inkişaf etdirməkdir. “Borussiya”ya uduzsaq da, şansımızı tamamilə itirməmişik. Düzdür, bu, artıq təkcə bizdən asılı deyil. Rəqiblərimizin də xal itirməsi lazımdır. Biz isə son iki görüşdə qələbə qazanmaqla şansımızı bərpa etməliyik”.

Həmin kateqoriyadan