- Baxış sayı: 1715
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“Rusiya ilə Azərbaycan öz münasibətlərini çox fəal inkişaf etdirirlər”. Allsport.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “Bakı – 2015” birinci Avropa Oyunlarının Moskvada keçirilən təqdimatında “Azərtac”a müsahibəsində söyləyib.
Karasin deyib: “Biz başa düşürük ki, ikitərəfli tematika ilə bərabər, bizim çox geniş beynəlxalq və regional gündəliyimiz var. Məsələn, Xəzər dənizi və Cənubi Qafqaz. Biz hər yerdə bir-birimizin mövqeyinə diqqətlə yanaşırıq, biz-birimizin həm iqtisadi inkişafına, həm də hər bir ölkədə baş verən siyasi proseslərə kömək etməyə çalışırıq. Əsas məsələ budur ki, bütün bunlar sabitliyə, mehriban qonşuluğa, qarşılıqlı hörmət prinsiplərinə əsaslansın. Zənnimcə, bu, bizdə alınır”.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan gələcəyə ümidlə baxırlar. Rusiya xarici işlər nazirinin müavini sonda deyib: “Düşünürəm ki, bugünkü təqdimat həmin gələcəyin iki xalq üçün dinc, sakit və müvəffəqiyyətli olmasına lap yaxşı işarədir”.