- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann la liqanın 11-ci turunda “Sevilya” üzərində 3-0 hesablı qələbə qazanılan oyunda qol vurub.
Allsport.az xəbər verir ki, fransalı oyunçu bununla da 200 qol səddinə çatıb.
O, liqa tarixində bunu bacaran 11-ci oyunçu olub.
Qrizmanndan əvvəl la liqada yalnız beş əcnəbi 200 qol vurmuşdu: Alfredo Di Stefano (Argentina, 227 qol), Huqo Sançes (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştianu Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).