- Baxış sayı: 23
- 26 Mart 2026 10:33
- Baxış sayı: 218
- Mart 25, 2026
- 0

“Atletiko Madrid”in futbolçusu Antuan Qrizmann la liqanın tarixinə düşüb.
Allsport.az xəbər verir ki, fransalı hücumçu İspaniya çempionatında ən çox oyun keçirən əcnəbi futbolçu olub.
34 yaşlı Antuan 29-cu turda səfərdə “Espanyol”a (1:1) qarşı görüşdə 521-cü dəfə meydana çıxıb. O, bu göstəricidə “Barselona”nın əfsanəsi Lionel Messini (520 matç) ötüb.
Qrizmann bu mövsüm la liqada 29 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.