- Baxış sayı: 414
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Xüsusi olimpiya komitəsinin oğlanlardan ibarət 3×3 unified (inklüziv birləşmiş idman) basketbol milli komandası 14–15 iyunda Mies ,İsveçrədə keçirilən 3×3 FİBA open beynəlxalq turnirində uğurla çıxış edib.
Allsport.az xəbət verir ki, yarışda ümumilikdə 14 xüsusi olimpiya komandası təmsil olunub.
Turnirin ilk günü yoxlama oyunları keçirilib və bu oyunların nəticələrinə əsasən milli “A” qrupunda yer alıb. Komanda bu qrupda aşağıdakı nəticələri əldə edərək qrupun qalibi olub .
Azərbaycan 8 – 2 Fransa
Azərbaycan 5 – 3 Niderland
Azərbaycan 5 – 4 Finlandiya.