Qubada beynəlxalq futbol turniri

Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz cup” beynəlxalq futbol turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarış gənclər və idman nazirliyi, AFFA və “Ulduz” futbol akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Quba olimpiya idman kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başağşəhər” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək.

Həmin kateqoriyadan