Qurban Berdıyev mətbuat konfransında nə dedi?

Premyer liqanın 9-cu turunda “Turan Tovuz” evdə “Zirə”ni məğlub edib – 1:0. Allsport.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Berdıyev oyun haqda danışıb: 

“Zirə”nin Azərbaycanın ən aparıcı komandalarından biri olması, ölkəni avrokuboklarda təmsil etməsi heç kimə sirr deyil. Ağır oyun olacağını bilirdik. Futbolçulara birinci hissədə rəqib ərazi üstünlüyünə sahib olduğu və qol imkanları yaratdığı vaxtlarda toparlanıb rəqibə imkan vermədiklərinə görə təşəkkür edirəm.

İkinci hissədə planlaşdırılmış dəyişikliklərlə oyunda tarazlıq yarada bildik, bəzi epizodlarda üstün də oynadıq. Qələbəyə görə uşaqlara təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan