- Baxış sayı: 10
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“İstəməzdik məğlub olaq. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa liqasının “A” qrupunun ilk matçında “Sevilya”nı qəbul edən “köhlən atlılar” 0:3 yenilib. Mütəxəssis, fikrini belə davam etdirib:
“Sevilya” çox dinamik komandadır, topla sürətli davranır. Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə, azarkeşlərimizə də bu cür dəstəyə görə təşəkkür edirəm”.