- Baxış sayı: 15
- 31 Mart 2026 19:37
- Baxış sayı: 726
- Mart 30, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə səfər oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, premyer liqasının 5-ci turunda 3:1 qalib gəldiyi görüşdən razı qalıb:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı qazandıq. Deyəsən, Xaymenin durumu yaxşı deyil.
Ola bilsin ki, zədəsi ciddidir. Digər zədəli oyunçular – Mahir Əmrəli və Rahil Məmmədov fərdi qaydada məşqlərə başlayıb. Mahir ola bilsin ki, komandaya daha tez qoşulsun”.