- Baxış sayı: 31
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

Avstriya toplanışını davam etdirən “Qarabağ” yoxlama oyununda Rusiyanın “Ufa” klubunu 2:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov görüş barədə bunu deyib:
“Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq.
Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq “.