- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 14-cü turunda “Keşlə” ilə oyundan (2:2) sonra mətbuat konfransında fikirləni bölüşüb.
Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunu şərh edib:
“Mövsümün ilk yarısını tamamladıq. Qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq həmişə hər qazanılan xala böyük dəyər vermişəm. “Keşlə” son oyunları yaxşı səviyyədə keçirir. Düzgün təşkilatlanmış kollektivdi. Onlara uğur arzulayıram. Qarşıda Avropa Liqasında son oyunumuz və 2 kubok matçımız qalıb. Hər birinə yaxşı hazırlaşmalıyıq. Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq. Qarşıdakı görüşlərə maksimum yaxşı hazırlaşmalı və düzgün oyun göstərməliyik. Hər bir halda, futbolçuların yanındayıq. Onlardan əlavə nəsə tələb etmək düzgün deyil. Futbolçularımı yaxşı tanıyıram. Onlar daha artığına layiqdilər və qadirdilər”.