- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının pley-ofunda Şimali İrlandiyanın “Linfild” klubuna qarşı ilk oyunla bağlı fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, Belfastda mətbuat konfransında bunu söyləyib:
“Açıqlamalardan hiss olunur ki, “Linfild” olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidi ki, oyunu buraxacaqlar.
Bədavi Hüseynov isə bir müddətdi ki, zədəlidir. Aylton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar son anda veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək”.