Qurban Qurbanov: “Partizani” müdafiə olunmaqdan həzz alırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 1-ci təsnifatında Albaniyanın “Partizani” klubuna qarşı cavab matçını şərh etdi. Allsport.az saytı xəbər verir ki, o, 2:0 qalib gəldikləri oyundan razı qaldı:

“Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi.

“Partizani” müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm”.

Həmin kateqoriyadan