- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bakı”ya qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Azarkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qol gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var. Qrafik çox sıxdır. Oyunçularda istər-istəməz yorğunluq hiss olunur. Biz çalışırıq hazırlığımızı yüksək səviyyədə saxlayaq. İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindir. Amma buna baxmayaraq həm məşqçi, həm gənc oyunçuları ürəylə işləyirlər. “Bakı”ya uğurlar arzulayıram”.