- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Oyun haqqında çox danışmaq istəmirəm. Qrup mərhələsini adlamaq üçün çalışdıq». Bunu Avroliqanın qrup mərhələsinin son görüşləri çərçivəsində bu gün «F» qrupunda keçirilmiş «Qarabağ» – «İnter» matçından sonra mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov dedi. Mütəxəssis bildirdi ki, heyətdə problemlər vardı. Oyunda hücumçu Vüqar Nadirovun zədələnməsi vəziyyəti bir qədər də çətinləşdirdi.
«Qrup mərhələsində 5 xal topladıq. Amma pley-offa çıxmadığımız üçün özümü mətlub sayıram. İndi gələcəyə baxmaq lazımdır. Bu Avroliqa bizə yaxşı təcrübə qazandırdı. Qol epizoduna gəlincə, videoyazıya dəfələrlə baxdım. Təmiz qol idi. Belə bir anda hakimin səhv etməsi, düzgün zal deyil. Matçdan sonra top hansı rəqib futbolçuya dəymişdi, o qolun təmiz olduğunu etiraf etdi. Amma hər şey geridə qalıb. O həmin anda bunu hakimə bildirsəydi, bəlkə onda düzgün olardı».