- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0

“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XI turuna təsadüf edib.
Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.
17-ci mövsümdür “Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib.
Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə premyer liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.
Qurban Qurbanov ölkə çempionatı tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.