- Baxış sayı: 15
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola cari mövsümün sonunda klubdan ayrılmağı düşünəcək.
Allsport.az xəbər verir ki, ispaniyalı məşqçinin “Siti”dəki gələcəyi ilə bağlı hazırda qəti qərarı yoxdur. Qvardiola və onun heyətinin “şəhərlilər”ə varis tapmaqda kömək etməyə hazır olduqları deyilir. Lakin bu məsələ ilə bağlı son qərarı klub verəcək.
54 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Qvardiolanın rəhbərliyi altında “Siti” altı dəfə İngiltərə çempionluğu qazanıb.