- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:03
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Bakı idman sarayında cüdo üzrə Azərbaycan çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə açılış mərasimi olub. dövlət himni səsləndirilib və bu günlərdə faciəvi şəkildə dünyasını dəyişən gənc cüdoçu Turan Rüstəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ACF-in baş katib Rəşad Rəsullu çıxış edərək, federasiyanın əsas məqsədinin cüdonun kütləvləşdirilməsi ilə sağlam nəslin və vətənə layiqli vətəndaşların yetişdirilməsinə töhfə vermək olduğunu deyib: “Azərbaycan çempionatında reytinqli idmançılarla yanaşı, yeni istedadlı idmançıların kəşf edilməsini müsbət haldır.
Bu il Azərbaycanda cüdonun 50-illik yubileyini qeyd edirik. Fəxrlə deyə bilərik ki, bu illər prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda cüdo sürətlə inkişaf edir”.