- Baxış sayı: 36
- 21 Noyabr 2024 19:21
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün karateçisi Rəfael Ağayev (75 kq) Tokio-2020-də kumitedə mübarizəyə başlayıb. Allsport.az saytı xəbər verir ki, 5-qat dünya və 11-qat Avropa çempionu “B” qrupunu 6 xalla 2-ci yerdə tamamlayıb.
O, almaniyalı Noa Biçi 2:1, Avstraliyanı təmsil edən Çuneari Yahironu 5:0, qazaxıstanlı Nurkanat Əliqanovu 3:2 məğlub edib. 1-ci yer uğrunda döyüşdə italiyalı Luici Busaya 1:3 yenilgi onun yarımfinala çıxışını əngəlləməyib.
O, yarımfinalda digər qrupun 1-cisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib və qələbə qazanmaqda çətinlik çəkməyib – 7:0.
Finalda Rəfael Ağayev qrupda yenildiyi italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin keşən mücadilədə rəqib 1:0 qalib gəlib.