- Baxış sayı: 69
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycanlı hakimlər briqadası UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Saburtalo” (Gürcüstan) – “Midtyulland” (Danimarka) matçını idarə ediblər. Allsport.az xəbər verir ki, Rəhim Həsənovun baş hakim olduğu qarşılaşma Tiflis şəhərində baş tutub və qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, iki oyunun nəticəsinə görə 5:2 hesabıyla üstün olan qonaqlar mərhələ adlayıblar.
Qeyd edək ki, Həsənov bu oyunda 4 sarı, 1 qırmızı vərəqə göstərib. “Sarı”lardan ikisi meydan sahiblərinə, ikisi qonaqlara qismət olub. Amma qonaqların heyətində hər iki sarı vərəqəni eyni futbolçu aldığından, o, 88-ci dəqiqədə meydandan qovulub.
Qeyd edək ki, Həsənova bu qarşılaşmada yan xətt hakimlərimiz Namiq Hüseynovla Akif Əmirəli kömək edib.